Modern.az

Fransada 250 hektar şam meşəsi yanıb

Fransada 250 hektar şam meşəsi yanıb

Dünya

31 İyul 2022, 22:58

Fransanın cənubunda 250 hektar şam meşəsi yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Məlumata görə, yanğınla mübarizə aparan dörd yanğınsöndürən xəsarət alıb. Bildirilir ki, Qard bölgəsində yerləşən Aubaisdəki yanğın güclü külək səbəbindən şiddətlənib.

 

300-ə yaxın yanğınsöndürən yanğınla mübarizə aparır, lakin yanğın hələ də nəzarət altına alınmayıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza