Modern.az

Britaniya deputatları Tayvana getməyə hazırlaşır

Britaniya deputatları Tayvana getməyə hazırlaşır

2 Avqust 2022, 00:05

Britaniya İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin deputatları Tayvana səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Guardian" nəşri məlumat yayıb.

 

Səfərin bu ilin noyabrında və ya dekabrın əvvəlində baş tutması nəzərdə tutulub.

 

Nəşr mənbələrə istinadən səfərin əvvəlcə ilin əvvəlinə planlaşdırıldığını və nümayəndə heyətinin bir üzvünün COVID-19 testinin müsbət çıxması səbəbindən təxirə salındığını qeyd edib.

 

Xəbərdə deyilir ki, ilkin səfər planları Britaniyanın Tayvana dəstəyini göstərmək məqsədi daşıyır.

 

Qeyd edək ki, Çin Tayvana səfər etmək istəyən amerikalı konqresmenlərə sərt xəbərdarlıq edib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi