Paraqvayda 61 yaşlı senator Zulma Qomez göldə ölü tapılıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, senatorun qətlə yetirildiyi, daha sonra onun meyitinin gölə atıldığı iddia olunur.
Prokurorluğun məlumatına görə, Qomezin ölümündə qətl versiyasının mümkünlüyü araşdırılır. Hazırda faktla əlaqədar istintaq işi aparılır.