Modern.az

21 il sonra alınan qisas - Bayden təşəkkür etdi

21 il sonra alınan qisas - Bayden təşəkkür etdi

2 Avqust 2022, 10:18

“Əl-Qaidə” terror təşkilatının rəhbəri Ayman əl-Zəvahiri və ailəsinin Kabildə gizləndiyi müəyyən edilib. Bundan sonra pilotsuz uçuş aparatı ilə ona qarşı əməliyyat keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden “Əl-Qaidə” liderinin ölümü ilə bağlı açıqlamasında bildirib. 

 

Bayden Zəvahiriyə qarşı əməliyyatla ədalətin bərqərar olduğunu, bununla 11 sentyabr 2001-ci il tarixində törədilmiş terror aktında həyatını itirənlərin ailələrinə təskinlik verildiyini söyləyib. 

 

Bayden uğurlu əməliyyata görə kəşfiyyata təşəkkür edib: “Əgər xalqımız üçün təhdidsinizsə, ABŞ sizi tapacaq. Bu uğurlu əməliyyatdakı qeyri-adi əzmkarlıq və bacarıqlarına görə ABŞ kəşfiyyat bölmələrinə təşəkkür edirəm”.

 

Qeyd edək ki, ABŞ-ın Əfqanıstanda keçirdiyi antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının rəhbəri Ayman əl-Zəvahiri öldürülüb. Məlumata görə, ABŞ kəşfiyyatı tərəfindən Ayman əl-Zəvahirin yeri ilin əvvəlində müəyyən edilib. Aylarla onun hərəkətləri izlənilib və ailəsi ilə birlikdə Kabildə təhlükəsiz evdə yaşadığı üzə çıxıb.

 

71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladendən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi. O, ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı kimi tanınırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi