Rusiyalı aktrisa və teleaparıcı Mariya Şukşina həmyerlilərini ukraynalı ifaçıların mahnılarını dinləyənlərə qarşı mübarizə aparmağa çağırıb.
Modern.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri məlumat yayıb.
Bir qrup rusiyalı Mariya Şukşinaya Moskvadakı vəziyyətdən şikayət ediblər. Belə ki, Moskva çayı boyunca üzən motorlu gəmilərdə ruslar ukraynalı musiqiçilər Serduçkanın və Rotarunun mahnılarını yüksək səslə dinləyiblər. Eləcə də digər yerlərdə rusların Ukrayna mahnılarını dinləməsi faktına rast gəlinib.
Şukşina ona şikayət edənlərə təşəkkürünü bildirib və bunu “mədəniyyət cəbhəsində müdafiə" adlandırıb.
Rusiyalı aktrisa müharibə şəraitində bütün vətəndaşlara Federal Təhlükəsizlik Xidməti ilə sıx əlaqədə olmağı təklif edib. Onun sözlərinə görə, Ukrayna mahnılarını dinləmək yolverilməzdir.
Elmar Hüseynov