Modern.az

Zelenskidən əcnəbi döyüşçülərlə bağlı QƏRAR - 10 il...

Zelenskidən əcnəbi döyüşçülərlə bağlı QƏRAR - 10 il...

Dünya

2 Avqust 2022, 14:32

Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçməsi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Modern.az xəbər verir ki, Prezident Ofisinin rəsmi saytında dərc olunan qərara əsasən, Ukrayna ordusunda xidmət edən əcnəbi əsgərlərin müqavilə müddəti 10 ilə qədər uzadıla biləcək.

 

Qeyd edək ki, Ukrayna ordusunda xidmət edən əcnəbi hərbi qulluqçuların müqavilə müddəti bundan əvvəl 5 ilə qədər uzadıla bilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi