Modern.az

Gözlərini qırpan mumiya görənləri şoka salır - FOTO

Gözlərini qırpan mumiya görənləri şoka salır - FOTO

Dünya

3 Avqust 2022, 08:56

Mumyalanma antik Yunan və Misir mədəniyyətinə xas adət olsa da, digər ölkələrdə bundan geniş istifadə edilib. Bir əsr öncə mumyalanan 2 yaşlı qızın görüntüləri sözün əsl mənasında görənləri heyrətləndirir. 

 

Modern.az xəbər verir ki, 1918-ci ildə İtaliyada dünyaya gələn Rosalia Lombardo adlı qız cəmi 2 il yaşayıb və İspan qripinə yoluxaraq həyatını itirib. Övlad itkisindən təsirlənən Rosalianın atası dövrünün ən məşhur kimyagəri olan Alfredo Salafianı ilə əlaqə saxlayaraq, ondan yardım istəyib. Qızının meyitinin mumyalanmasını xahiş edən kişi çox keçmədən istəyinə çatıb.  

 

Alfredo 2 yaşlı Rosalianın cəsədini elə mumyalayıb ki, günümüzə qədər qızcığazın saçları, dərisi deformasiyaya uğramadan gəlib çatıb. Möcüzəli görünsə də, cəsədi mumyalanan azyaşlının gözlərini qırpdığı deyilir.

 

Məlum olub ki, cəsədi ziyarət edən insanları heyrətə gətirən görüntünün səbəbi kimyagərin ustalıqla etdiyi optik illuziya imiş.

 

Cəsədə sürtülmüş xüsusi maddə və üzərinə düşən işıq effektləri səbəbindən qıza baxan zaman sanki gözlərini qırpırmış kimi təsəvvür yaranır. Buna səbəb Rosalianın atasının qızını daha canlı, sanki yaşayırmış kimi hiss etmək istəyi olub.

 

Elmar Hüseynov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi