Modern.az

Taxıl daşıyan ilk gəmi İstanbula çatdı

Taxıl daşıyan ilk gəmi İstanbula çatdı

2 Avqust 2022, 22:16

Ukraynanın Odessa limanından yola salınan ilk gəmi İstanbul boğazına çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Razoni" adlı gəmi qarğıdalı daşıyır. Gəmi boğazda onun üçün ayrılan yerdə lövbər salıb.

 

Qeyd edək ki, taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi avqustun 1-i saat 09:30-da Odessa limanından yola düşüb. İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi