Almaniyada meyitləri yandırmaq çətinləşəcək.
Modern.az Rusiya KİV-lərinə istinadən əbər verir ki, bu barədə Almaniyanın Cənazə Evləri Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, buna səbəb Rusiya qazının azalmasıdır. Məlumata görə, Almaniyada bir milyon meyitin təxminən dörddə üçü kremasiya edilir. Bu da Avropada ən yüksək göstəricidir.
Alman Krematori Konsorsiumunun sədri Svend-York Sobolevski bildirib ki, qaz istehlakı normallaşdırılsa da, krematorilərin fəaliyyəti hökumət üçün prioritet olaraq qalmalıdır. Çünki krematorilərin əksəriyyəti yanacaqsız işləyə bilməyəcək.