Modern.az

Rusiyanın Ukraynadakı itkiləri - Son statistika

Rusiyanın Ukraynadakı itkiləri - Son statistika

Dünya

3 Avqust 2022, 10:40

Rusiya ordusu bu günə kimi Ukraynada 41 350 hərbçi itirib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat mərkəzi yayıb.

 

Bildirilib ki, Ukrayna müdafiəçiləri düşmənin 6 tankını, 8 zirehli döyüş maşınını, 3 artilleriya sistemini, 1 hava hücumundan müdafiə sistemini, 8 texnikasını, 1 əməliyyat-taktiki pilotsuz uçuş aparatını, 6 qanadlı raket və 1 vahid xüsusi texnikasını məhv edib.

 

Rusların avqustun 3-nə olan ümumi itkiləri aşağıdakı kimidir:

 

- şəxsi heyət - təxminən 41 350 (+180) nəfər;

- tanklar - 1774 (+6);

- zirehli döyüş maşınları - 4022 (+8);

- artilleriya sistemləri - 939 (+3);

- reaktiv yaylım atəşi sistemi  - 259 (+0);

- hava hücumundan müdafiə sistemləri - 118 (+1);

- təyyarə - 223 (+0);

- helikopterlər — 191 (+0);

- əməliyyat-taktiki səviyyəli PUA-lar - 740 (+1);

- qanadlı raketlər - 180 (+6);

- gəmilər/qayıqlar — 15 (+0);

- avtomobil avadanlığı və tankerlər — 2922 (+8);

- xüsusi avadanlıq - 83 (+1).

 

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi