Modern.az

Türkiyədə illik inflyasiya 80 faizə çatır

Türkiyədə illik inflyasiya 80 faizə çatır

3 Avqust 2022, 11:16

2022-ci ilin iyul ayında Türkiyədə illik inflyasiya 79,6 faiz təşkil edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında bildirilib.

 

Qeyd olunub ki, inflyasiya iyun ayı ilə müqayisədə 2,37 faiz, ötən ilin dekabrından bəri isə 45,72 faiz artıb.

 

İl ərzində ən çox nəqliyyat xidmətləri (119,11 faiz), ərzaq (94,65 faiz) və mebel (88,35 faiz) bahalaşıb. İyun ayında illik inflyasiya 78,62 faiz təşkil etmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi