Modern.az

İlk taxıl gəmisi Livana yola düşdü

İlk taxıl gəmisi Livana yola düşdü

Dünya

3 Avqust 2022, 18:16

Ukraynanın Odessa limanından yola çıxan qarğıdalı daşıyan yük gəmisinin İstanbul boğazında yoxlanışı başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Razoni" adlı gəmi Livan istiqamətində yoluna davam edib.

 

Qeyd edək ki, taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi avqustun 1-i saat 09:30-da Odessa limanından yola düşüb. İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi