Modern.az

Rusiya İran peykini orbitə çıxaracaq

Rusiya İran peykini orbitə çıxaracaq

Dünya

3 Avqust 2022, 20:54

Avqustun 9-da İranın sifarişi ilə Rusiya müəssisələri tərəfindən yığılmış “Xəyyam” peyki “Soyuz” raketi ilə orbitə çıxarılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Roskosmos məlumat yayıb.

 

Bildirilib ki, orbitə elmi tədqiqatlar üçün 16 kiçik kosmik gəmi çıxarılacaq.

 

İyun ayında İran “Zulcan” daşıyıcı raketinin ikinci sınağını keçirib. Amerika tərəfinin fikrincə, İranın uzaqmənzilli ballistik texnologiyası nüvə başlıqlarının buraxılması üçün istifadə edilə bilər.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi