Modern.az

Krımlı qadın ruspərəst ərini tava ilə döydü

Krımlı qadın ruspərəst ərini tava ilə döydü

Dünya

4 Avqust 2022, 16:06

Sevtlana adlı krımlı qadın Ukraynada ruslara dəstək verdiyi üçün ərini döyüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

 

Məlumata görə, qadın həyat yoldaşını tava və zibil qabı ilə döyüb. Ürəyi soyumayan qadın bağ kürəyi ilə evdə, eləcə də həyətdə "Z" və "V" hərfləri olan bütün bayraqları kəsib, daha sonra ərinin maşınındakı ruslara məxsus bütün stikerləri qoparıb.

 

Arvadı tərəfindən döyülən 43 yaşlı Oleq onu polisə şikayət edib. Yolundan dönməyən Svetlana hələ bundan sonra da siyasi baxışları uğrunda mübarizəni davam etdirəcəyini bildirib.

 

Elmar Hüseynov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi