Modern.az

Ukraynadan daha 3 gəmi yola düşəcək

Ukraynadan daha 3 gəmi yola düşəcək

Dünya

4 Avqust 2022, 22:09

Ukrayna limanlarından taxıl daşıyan daha 3 gəmi yola düşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

 

Gəmilər sabah yola düşəcək. Nazir gəmilərin yola düşməsinin Birgə Koordinasiya Mərkəzinin işinin nəticəsi olduğunu bildirib.

 

Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə ayrı-ayrılıqda telefonla danışdığını vurğulayıb.

 

Söhbət zamanı taxıl daşınması ilə bağlı son vəziyyət müzakirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi