Modern.az

Əfqanıstanda partlayış - Ölən var

Əfqanıstanda partlayış - Ölən var

Dünya

5 Avqust 2022, 19:40

Əfqanıstanın paytaxtı Kabildə şiələrin məskunlaşdığı ərazidə partlayış törədilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Polis bildirib ki, partlayış insanların çox olduğu yerdə baş verib.

 

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu