Rusiyada son sutka ərzində 19 974 nəfər koronavirusa yoluxub. Bu, martın 30-dan bəri qeydə alınan ən yüksək göstəricidir.
Modern.az-ın məlumatına görə, ötən gün 18 555 yoluxma qeydə alınmışdı.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 18,69 milyon nəfəri keçib.
Eyni zamanda son sutkada 46 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu göstərici 47 nəfər idi. Rusiyada indiyədək koronavirusdan 382 697 nəfər vəfat edib.