Modern.az

Yanacaq anbarına ildırım düşdü – 67 yaralı, 17 itkin

Yanacaq anbarına ildırım düşdü – 67 yaralı, 17 itkin

Dünya

6 Avqust 2022, 22:52

Kubanın qərbində yanacaq anbarını ildırım vurması nəticəsində güclü yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə AFP Kuba rəsmilərinə istinadən məlumat yayıb.

 

Yanğın nəticəsində 67 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır.

 

Anbar Havanadan 100 km şərqdə, Matanzas şəhərindən kənarda yerləşir. Kuba rəsmiləri yanğınsöndürənlərdən ibarət 17 nəfərin itkin düşdüyünü bildirib.

 

Bölgə rəsmilərinin məlumatına görə, fövqəladə vəziyyət zonasından 800-ə yaxın insan təxliyə edilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi