Modern.az

İƏT səfirliyimizə hücumu PİSLƏDİ

İƏT səfirliyimizə hücumu PİSLƏDİ

Dünya

7 Avqust 2022, 19:05

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 2022-ci il avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına hücumu pisləyən bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda deyilir:

 

“İƏT-in Baş Katibliyi radikal dini qruplar tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı zorakılıq və qəbuledilməz hücum aktını pisləyir.

 

Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir”.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi