Modern.az

İsrail və Fələstin atəşkəs elan etdi

İsrail və Fələstin atəşkəs elan etdi

Dünya

7 Avqust 2022, 19:33

İsrail və Fələstin muxtariyyəti arasında Qəzzada atəşkəsin elan edilməsi barədə razılıq əldə olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, atəşkəsin əldə olunmasına Misir vasitəçilik edib. Mənbələr atəşkəsin Bakı vaxtı ilə saat 21:00-da qüvvəyə minəcəyini açıqlayıb. Tərəflər rəsmi olaraq atəşkəs barədə məlumat yaymayıb.

 

Qeyd edək ki, cümə günü İsrail ordusu Qəzzadakı “İslami Cihad” təşkilatına qarşı əməliyyata başlayıb. Zərbələr nəticəsində Qəzzada 30-a yaxın şəxs ölüb.

 

Məlumata görə, Qəzzada qruplaşmanın yüksək rütbəli üzvü Xaled Mənsur İsrailin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi