Modern.az

Ukraynanın ilk gəmisi təyinat yerinə vaxtında çatmadı

Ukraynanın ilk gəmisi təyinat yerinə vaxtında çatmadı

Dünya

7 Avqust 2022, 19:55

İstanbulda imzalanan “Taxıl müqaviləsi” çərçivəsində Ukrayna limanından yola çıxan ilk gəmi əvvəlcədən planlaşdırıldığı tarixdə, avqustun 7-də Livana çatmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Livandakı səfirliyi məlumat yayıb.

 

Syerra Leone bayrağı altında üzən “Razoni” yük gəmisi avqustun 1-də 26,5 min ton qarğıdalı ilə Odessadan yola düşüb. Livanın nəqliyyat naziri Əli Hamiya gəminin statusunu dəyişdiyini bildirib.

 

Ukraynanın Livandakı səfirliyindən "Reuters" agentliyinə bildiriblər ki, gəmi gecikib və bu gün Livana çatmayacaq. Səfirlik gəminin nə vaxt çatacağı və gecikmənin səbəbi ilə bağlı məlumat verməyib.

 

Açıq mənbələr "Razoni"nin avqustun 7-də səhər saatlarında Türkiyə sahillərində olduğunu deyib.

 

"Razoni" gəmisi iyulun 22-də İstanbulda əldə olunan razılaşmaların icrası çərçivəsində yem kimi istifadə olunacaq qarğıdalı daşıyır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi