Modern.az

İsveç Ukrayna hərbçilərinə təlim keçəcək

İsveç Ukrayna hərbçilərinə təlim keçəcək

Dünya

7 Avqust 2022, 20:40

İsveç Silahlı Qüvvələri Ukrayna hərbçilərinə təlim keçmək üçün Böyük Britaniyaya 120-dək təlimçi göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

 

Hərbçilər 2022-ci il avqustun 12-dən dekabrın 31-dək təlim keçəcəklər. İngiltərədə eyni vaxtda olacaq təlimçilərin sayı 60 nəfəri keçməyəcək.

 

Ümumilikdə 10 minə yaxın Ukrayna vətəndaşı Böyük Britaniyada təlimlərdə iştirak edəcək. 

 

İyunun əvvəlində İsveç hakimiyyəti Ukraynaya 102 milyon dollar məbləğində əlavə maliyyə yardımı ayırıb. Bundan əlavə, Ukrayna bu ölkədən gəmi əleyhinə raketlər və tank əleyhinə buraxılış qurğuları alıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi