Modern.az

İkinci Dünya müharibəsindən qalan bomba aşkarlandı

İkinci Dünya müharibəsindən qalan bomba aşkarlandı

Dünya

7 Avqust 2022, 21:19

İtaliyada İkinci Dünya Müharibəsindən qalma bomba aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bomba suyun səviyyəsinin azalması səbəbindən Po çayının sahilində balıqçılar tərəfindən müəyyən edilib.

 

Hərbi ekspertlər Mantua şəhəri yaxınlığında aşkar edilmiş 450 kiloqramlıq bombanı bazar günü zərərsizləşdirib.

 

Zərərsizləşdirmə əməliyyatı üçün yaxınlıqda yaşayan 3 minə yaxın insan təxliyə edilib. Ərazinin hava məkanı bağlanıb və su yolunun həmin hissəsi boyunca naviqasiya, eləcə də yaxınlıqdakı dəmir yolu xətti və dövlət yolunda nəqliyyat dayandırılıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi