Modern.az

Qəzzada atəşkəs pozuldu

Qəzzada atəşkəs pozuldu

Dünya

7 Avqust 2022, 22:30

Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs rejimi pozulub.

 

Modern.az xəbər verir ki, məlumatı "Əl-Cəzirə" telekanalı yayıb.

 

Bildirilir ki, buna səbəb Qəzzadakı “İslami Cihad” radikal qruplaşmasının tələbləri olub. Təşkilat Misirdən fələstinli məhbuslarla bağlı təminatların verilməsini və İsrailin hücuma son qoyulmasını tələb edib.

 

İsrailin "Kanal 12" telekanalının mənbələri atəşkəsin gecə yarısı və ya sabah səhərə qədər baş tutmayacağını bildirib.

 

Qeyd edək ki, bu gün - avqustun 7-də Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəs elan olunub. İsrailin Baş naziri Yair Lapid Qəzza zolağında hərbi əməliyyatın məqsədlərinə çatdığını açıqlayıb. Lakin bir neçə saat sonra İsrail yenidən zərbələr endirməyə başlayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi