Modern.az

Zelenski döyüşçüləri bu medalla təltif edəcək

Zelenski döyüşçüləri bu medalla təltif edəcək

Dünya

7 Avqust 2022, 23:34

Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynanın müdafiəsinə görə” medalını təsis edib.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yer alıb.

 

Medalda düz bucaq altında kəsişən qılınclar, eləcə də ölkənin gerbi təsvir olunub. Mükafatın arxa tərəfində “Ukraynanın müdafiəsinə görə” yazısı həkk olunub.

 

Sərəncama əsasən, medal Ukraynanın hərbi qulluqçularına və silahlı qüvvələrin əməkdaşlarına, habelə ölkənin müdafiəsinin təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirən kəşfiyyatçılara veriləcək.

 

Mükafat, həmçinin “müdafiənin gücləndirilməsində mühüm xidmətləri olan” vətəndaşlara və könüllülərə təqdim olunacaq.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi