Modern.az

Ruslar bunu etsə... - Zelenskidən Putinə xəbərdarlıq

Ruslar bunu etsə... - Zelenskidən Putinə xəbərdarlıq

Dünya

8 Avqust 2022, 00:12

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin cənub ərazilərində referendum keçirməsi ehtimalını şərh edib. 

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə xalqa müraciəti zamanı danışıb.

 

O qeyd edib ki, Rusiya referendumun baş tutmasına icazə verərsə, Ukrayna bütün danışıqlardan imtina edəcək.

 

“Əgər işğalçılar psevdoreferendum etsələr, o zaman Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını bağlayacaqlar", - deyə Zelenski bildirib.

 

Prezident onu da qeyd edib ki, indi əsas məsələ silah tədarüküdür.

 

“Hər gün cəbhə xəttinə daha güclü və uzaq mənzilli sistemlər göndərmək üçün silah təchizatını artırmağa çalışırıq”, - deyə o əlavə edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi