Modern.az

İlk solçu prezident and içdi, vədlər verdi

İlk solçu prezident and içdi, vədlər verdi

Dünya

8 Avqust 2022, 08:24

Kolumbiyanın yeni prezidenti Qustavo Petro vəzifəsinin icrasına başlayıb.

 

Modern.az xəbər verir ki, yeni prezident ölkəni bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizədə birləşdirməyi, solçu üsyançılar və cinayətkar dəstələrlə sülhün əldə olunmasını vəd edib.

 

"Mən iki cəmiyyət istəmədiyim kimi, iki ölkə də istəmirəm. Güclü, ədalətli və vahid Kolumbiya istəyirəm. Bir millət olaraq qarşılaşdığımız çətinliklər və sınaqlar birlik və əsas ümumi razılıq dövrü tələb edir", - Petro andiçmə mərasimində deyib.

 

Qeyd edək ki, bu il iyunun 19-da Kolumbiya solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim edib. 50,69 faiz səslə Petro Kolumbiyanın prezidenti seçilib. O, Kolumbiya tarixində ilk solçu prezident olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi