Modern.az

220 mindən çox ukraynalı Türkiyəyə sığınıb

220 mindən çox ukraynalı Türkiyəyə sığınıb

Dünya

8 Avqust 2022, 10:34

Müharibə başlayandan bəri 220 mindən çox Ukrayna vətəndaşı Türkiyəyə gəlib. Lakin bu gün Türkiyədə təxminən 45-50 min ukraynalı qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib.

 

"Bu, Türkiyənin daha çox tranzit ölkə olduğunu göstərir. Əslində, Türkiyə rahatdır, çünki burada heç bir problem olmadan 90 gün vizasız qalmaq mümkündür", - səfir deyib.

 

Onun sözlərinə görə, sənədlərinin müddəti bitmiş ukraynalılar da Türkiyəyə buraxılıb. Onlar, həmçinin ölkəyə şəxsi avtomobillərlə daxil ola biliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi