Kommunizmin süqutunda aparıcı rol oynamış Polşanın keçmiş prezidenti Lex Valesa xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, eks-prezident bununla bağlı "Facebook" sosial şəbəkəsində foto paylaşıb.
Onun infeksiyaya yoluxduğu bildirilir. Valesanın ən azı bir həftə xəstəxanada qalacağı deyilir.
Qeyd edək ki, əvvəlcə Qdanskda gəmiqayırma zavodunda elektrik işləyən Valesa 1989-cu ildə Həmrəylik adlı həmkarlar ittifaqı hərəkatına rəhbərlik edərək Soyuq Müharibəyə son qoyan tarixi dəyişikliklərin simvoluna çevrilib.
78 yaşlı Nobel Sülh Mükafatı laureatı yanvar ayında COVID infeksiyasına yoluxub. Son illərdə onun səhhətində problemlər yaranıb və 2021-ci ildə ürəyindən əməliyyat olunub.
Akif İsmayılov