ABŞ Ukrayna hökumətinə əlavə 4,5 milyard dollar ayıracaq.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) məlumat yayıb.
Bununla da Rusiyanın hücumundan sonra ABŞ-ın Ukraynaya ümumi büdcə dəstəyi 8,5 milyard dollara çatacaq. Məlumata görə, vəsait Dünya Bankı vasitəsilə veriləcək. İlk hissədə 3 milyard dollar ötürüləcək.
Ümumilikdə, ABŞ bu il Ukraynaya 18 milyard dollardan çox töhfə verib.
Akif İsmayılov