Rusiya ABŞ-a START müqaviləsi çərçivəsində nüvə silahlarını təftiş etməyə icazə verməyəcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Vaşinqton və müttəfiqləri tərəfindən tətbiq edilən səyahət məhdudiyyətləridir.
Nazirlik qeyd edib ki, Rusiya rəsmilərinin ABŞ-a daxil olması qadağan edildiyi üçün Moskva ABŞ-ın nüvə silahlarını yoxlaya bilmir.
"Vaşinqtonun təklif etdiyi təftiş şərtləri ABŞ üçün birtərəfli üstünlüklər yaradıb və faktiki olaraq Rusiya Federasiyasını Amerika ərazisində yoxlamalar aparmaq hüququndan məhrum edir”, - Rusiya XİN-in bəyanatında deyilir.
2011-ci ildə qüvvəyə minən YENİ START müqaviləsi ABŞ və Rusiyanın yerləşdirə biləcəyi strateji nüvə başlıqlarının sayını və onların çatdırılması üçün istifadə olunan platformaların sayını məhdudlaşdırır.
Akif İsmayılov