Cənubi Koreyanın paytaxtı Seulda güclü daşqınlar 7 nəfərin həyatına son qoyub.
Modern.az xəbər verir ki, Seulda son onilliklərin ən güclü yağışı qeydə alınıb. Nəticədə paytaxtın küçələri, evlər və metro stansiyaları su altında qalıb.
Yerli qurumlar 7 nəfərin ölümündən əlavə, daha altı sakinin itkin düşməsi barədə məlumat yayıb. Onların axtarışları davam etdirilir.