Modern.az

ABŞ 100 belaruslu məmuru qara siyahıya saldı 

ABŞ 100 belaruslu məmuru “qara siyahı”ya saldı 

Dünya

9 Avqust 2022, 22:15

Belarusdan olan 100 nəfər yüksək rütbəli məmur və onlarla əlaqəli şəxslərin ABŞ-a girişi məhdudlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken yazılı açıqlama verib.

 

“Bu gün biz Belarusun 100 dövlət məmuru və onların müttəfiqlərinə demokratik təsisatları sarsıtmaqda, zədələməkdə və ya Belarusun demokratiyaya keçidinə mane olmaqda iştirak etdiklərinə görə viza məhdudiyyəti tətbiq etmək qərarına gəldik”, - Blinken bildirib.

 

Sanksiyaya məruz qalan şəxslərin siyahısı açıqlanmayıb, lakin məlum olub ki, Prezident Administrasiyasının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, İstintaq Komitəsinin, Nəqliyyat Nazirliyinin əməkdaşları, habelə respublikanın silahlı qüvvələrinin nümayəndələri, parlament üzvləri, rayon hakimləri, təhlükəsizlik işçiləri, icra komitələrinin üzvləri, dövlət universitetlərinin rəhbərləri və onların əməkdaşlarıdır.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi