Modern.az

İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlandı

İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlandı

10 Avqust 2022, 16:52

İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin şöbə müdiri Məryəm Mesudifer bildirib.

 

Onun sözlərinə görə, xəstəliyə yoluxma hallarının demək olar ki, hamısı ölkənin qərbindəki Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində müəyyən edilib.

 

Nazirlik rəsmisi vurğulayıb ki, indiyədək yoluxanlar arasında ölüm halı qeydə alınmayıb. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi