Polşanın Baş naziri Mateus Moraviski Avropa İttifaqını kiçik üzv dövlətlərə qarşı imperialist davranışda ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə o, Almaniyanın "Welt" qəzetində yazdığı məqalədə bildirib.
"Siyasi təcrübə göstərir ki, İttifaq daxilində Almaniya və Fransanın mövqeləri hamıdan daha vacibdir", - deyə Baş nazir Avropa İttifaqını üzv dövlətlərə bərabər yanaşmaya çağırıb.
Hökuməti qanunun aliliyi məsələlərində dəfələrlə Brüssellə toqquşan Baş nazir deyib ki, Ukraynadakı müharibə Avropa İttifaqının çatışmazlıqlarına diqqət çəkib. O, ümumi rifahı və bərabərliyi İttifaqın əsas prinsiplərinə çevirəcək dərin islahatların aparılmasının vacibliyini diqqətə çatdırıb.
Akif İsmayılov