İtaliyanın 85 yaşlı keçmiş baş naziri Silvio Berluskoni sentyabrda keçiriləcək Senat seçkilərində iştirak etmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə o, "Radio-1"ə müsahibəsində bildirib.
Berluskoninin sözlərinə görə, ondan İtaliya siyasətinə qayıtmağı yalnız "Forza Italia" partiyasının tərəfdarları deyil, bir çox insan tələb edir.
Qeyd edək ki, İtaliyada növbədənkənar parlament seçkiləri sentyabrın 25-də keçiriləcək.
Akif İsmayılov