Modern.az

Çin Tayvan ətrafında hərbi təlimləri başa vurdu

Çin Tayvan ətrafında hərbi təlimləri başa vurdu

10 Avqust 2022, 21:57

Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında keçirilən hərbi təlimləri başa vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin Şərq Komandanlığının mətbuat katibi Şi Yi bildirib.

 

Onun sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası sədrinin Tayvana səfərindən sonra başlayan hərbi təlimlərdə Çin bütün tapşırıqları uğurla yerinə yetirib.

 

Bundan əlavə, Çin Tayvan boğazında patrul reydləri təşkil etməyi planlaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi