Modern.az

Rusiya hərbi texnikalarını sata bilməyəcək

Rusiya hərbi texnikalarını sata bilməyəcək

Dünya

11 Avqust 2022, 11:17

Rusiya zirehli döyüş maşınları üzrə fərdi ixrac sifarişlərini yerinə yetirə bilməyəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı son hesabatında bildirib.

 

"Rusiyanın Ukraynadakı qoşunları üçün avtomobillərə müstəsna tələbatı və Qərbin sanksiyalarının artan təsiri səbəbindən zirehli döyüş maşınları üzrə bəzi ixrac sifarişlərini yerinə yetirə biləcəyi ehtimalı azdır", - kəşfiyyat məlumatında deyilir.

 

Xəbərdə o da bildirilib ki, Rusiya Federasiyası digər ölkələrə avadanlıq tədarükünü özünün uğuru hesab edir. Ancaq indi Ukraynadakı uğursuzluqlar fonunda Rusiyanın tərəfdaşları məhsulların keyfiyyətinə şübhə ilə yanaşacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi