Modern.az

130-dan çox ukraynalı qadın ruslara əsir düşüb

130-dan çox ukraynalı qadın ruslara əsir düşüb

11 Avqust 2022, 18:04

Ukraynanın “Azovstal” zavodunda çalışmış 130-dan çox qadın Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.

 

"Bizim "Azovstal"da 131 qadın əməkdaşımız çalışıb. Onların arasında Azov alayında xidmət edən əsgərlərimiz, hərbi həkimlərimiz, sərhədçilərimiz və Milli Qvardiyaçılarımız var”, - deyə nazir qeyd edib.

 

Vereşçuk Ukraynanın əsirlikdə olan qadınları azad etmək üçün səy göstərəcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi