Modern.az

Çavuşoğlu Ermənistanı səmimi olmağa ÇAĞIRDI

Çavuşoğlu Ermənistanı səmimi olmağa ÇAĞIRDI

Dünya

11 Avqust 2022, 21:13

"Ermənistanla normallaşma prosesində bəzi addımlar atılıb".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

O bildirib ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiyalı şəkildə aparılır.

 

"Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hamının addım atması lazımdır”, - deyə nazir qeyd edib.

 

Türkiyə XİN başçısı Ermənistanı prosesdən yayınmamağa, səmimi olmağa çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi