Modern.az

Çavuşoğlu suriyalı nazirlə görüşdüyünü təsdiqlədi

Çavuşoğlu suriyalı nazirlə görüşdüyünü təsdiqlədi

11 Avqust 2022, 21:38

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu suriyalı həmkarı ilə görüşdüyünü açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, bu gün keçirilən 13-cü Səfirlər Konfransında bildirib.

 

Nazir görüşün Belqradda keçirilən Qoşulmama Toplantısı çərçivəsində baş tutduğunu vurğulayıb.

 

"Suriya xarici işlər naziri ilə də qısa söhbət etdim”, - deyən XİN başçısının sözlərinə görə, görüş 2021-ci ilin oktyabrında olub: “Suriyadakı müxalifət və rejimlə bir şəkildə anlaşmalıyıq. Əks halda qalıcı sülh olmayacaq”.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi