Modern.az

Türkiyə Krım tatarlarına yaşayış icazəsi verməyə başlayıb

Türkiyə Krım tatarlarına yaşayış icazəsi verməyə başlayıb

Dünya

12 Avqust 2022, 00:08

Türkiyə avqustun əvvəlindən Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. 

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar daxili işlər naziri Süleyman Soylunun təşəbbüsü ilə 2022-ci ilin iyununda verilib.

 

“Türk köklü soydaşlar” statusu Krım tatarlarına da şamil edilib. Əvvəllər bu status Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklərə aid edilirdi.

 

Digər əcnəbilərin Türkiyədə uzunmüddətli yaşayış icazəsi almaq üçün səkkiz il davamlı olaraq ölkədə qalması lazımdır. 2002-ci ildən bu yana 102 minə yaxın Ahıska türkü və 6800-ə yaxın uyğur Türkiyə vətəndaşlığını qəbul edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi