Modern.az

Rusiya Zaporojyeni partlada bilər - Ukrayna fəlakətlə üz-üzə

Rusiya Zaporojyeni partlada bilər - Ukrayna fəlakətlə üz-üzə

Dünya

12 Avqust 2022, 12:46

"Zaporojye AES-i terrorçular ələ keçiriblər, onlar öz texnikalarını həmin əraziyə aparıblar. Əgər biz indi orada onlarla məsələni həll etməyə başlasaq, ehtimal var ki, stansiyanın partladılmasına qərar verəcəklər".

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

 

“Allah eləməsin, orada hansısa nüvə fəlakəti baş versə, deyə bilərəm ki, bu, Çernobılda baş verənlərdən daha dəhşətli olacaq. Çünki Zaporojye Avropanın ən böyük atom elektrik stansiyasıdır, orada altı nəhəng enerji bloku var”, - Danilov vurğulayıb.

 

Onun sözlərinə görə, indi bütün dünya Rusiya işğalçılarının stansiya ərazisini tərk etməsini və AES-in Ukraynanın nəzarətinə keçməsini tələb etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi