Modern.az

Trampın evindən gizli sənədlər TAPILDI

Trampın evindən gizli sənədlər TAPILDI

12 Avqust 2022, 22:12

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində axtarışlar zamanı 11 məxfi sənəd tapıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

 

Araşdırma zamanı tapılan sənədlərin bəzilərində “tam məxfi” sözləri qeyd olunub. Lakin həmin sənədlərlə bağlı əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, avqustun 8-də yüzə yaxın FTB əməkdaşı Trampın Mar-a-Laqodakı mülkündə axtarış aparıb. Sabiq prezident evinə basqın edildiyini deyərək, bu addımın qanunsuz olduğunu söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi