Modern.az

Yoldan keçən insanları güllələdi: 11 ölü, 6 yaralı

Yoldan keçən insanları güllələdi: 11 ölü, 6 yaralı

Dünya

12 Avqust 2022, 22:51

Monteneqronun Çetinye şəhərində naməlum şəxs ətrafdakı insanlara atəş açıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində 11 nəfər həlak olub.

 

Məlumata görə, 34 yaşlı cinayətkar şəhərin küçələri ilə gedərək yoldan keçən insanları güllələyib. Hadisə zamanı daha 6 nəfər yaralanıb. Yaralılardan biri polis əməkdaşıdır. O, başından güllə yarası alıb.

 

Silahlı şəxs yaralıların yanına təcili yardım xidmətini buraxmayıb. 

 

Rəsmi məlumatda qeyd olunub ki, polisin keçirdiyi əməliyyat nəticəsində cinayətkar məhv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi