Estoniyaya gedən Rusiyanın “İzvestiya” nəşrinin iki əməkdaşı qatardan çıxarılaraq polis şöbəsinə aparılıb.
Modern.az xəbər verir ki, bu barədə nəşrin özü məlumat yayıb.
Bildirilib ki, jurnalistlər material hazırlamaq üçün ezamiyyətə gediblər. Onların hansı səbəbdən saxlanıldığı açıqlanmayıb.
Qeyd edək ki, Estoniya hərbi əməliyyat fonunda Şengen vizası olan ruslar üçün sərhədləri bağlayıb.
Akif İsmayılov