Modern.az

Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya verəcək

Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya verəcək

Dünya

13 Avqust 2022, 18:42

Slovakiya Sovet istehsalı olan bir neçə MiQ-29 qırıcısını Ukraynaya təhvil verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə RTVS telekanalı Slovakiya müdafiə naziri Yaroslav Nada istinadən məlumat yayıb.

 

Ukraynanı Sovet silahları ilə təmin etdiyinə görə Slovakiya NATO-nun müasir hərbi texnikasını almaq istəyir.

 

Nazir Slovakiyanın Ukrayna Silahlı Qüvvələrinə qırıcı təyyarələri nə vaxt göndərməyi planlaşdırdığını açıqlamayıb. RBC-Ukrayna qeyd edir ki, Slovakiya Silahlı Qüvvələrinin arsenalında hazırda 11 və ya 12 MiQ-29 var.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi