Modern.az

Taliban etirazçı qadınlara atəş açdı - Yaralılar var

“Taliban”  etirazçı qadınlara atəş açdı - Yaralılar var

13 Avqust 2022, 18:55

Əfqanıstanın paytaxtı Kabil şəhərində qadınlar etiraz aksiyası keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Afgan Times" nəşri məlumat yayıb.

 

Qadınlar azadlıq, təhsil və işləmək hüququnun müdafiəsi üçün küçələrə çıxıblar. "Taliban" silahlıları aksiyaya sərt müdaxilə edib və etirazçılara atəş açıblar. Nümayişi dağıdarkən iki jurnalist yaralanıb.

 

Şahidlərin sözlərinə görə, jurnalistlərdən biri “Afgan Times”, digəri “Roidad News”un əməkdaşıdır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU