Modern.az

Yağışdan ölənlərin sayı 182 nəfərə çatdı

Yağışdan ölənlərin sayı 182 nəfərə çatdı

Dünya

13 Avqust 2022, 20:37

Pakistanın Bəlucistan və Sind əyalətlərində güclü yağışlar nəticəsində daha 10 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Təkcə Bəlucistanın Kila Abdullah şəhərində daşqın zamanı 6 nəfər ölüb. Bölgədə iyunun 1-dən musson yağışlarında ölənlərin sayı ümumilikdə 182 nəfərə yüksəlib.

 

Səlahiyyətlilər bir çox kənd təsərrüfatı sahəsinin su altında qaldığını və 40 mindən çox evə ziyan dəydiyini bildirib. Məlumata görə, bütün regionda 2100 kilometr avtomobil yolu və 25 körpü yağışlar nəticəsində zədələnib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi