Somali və ABŞ Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində "Əl-Şəbab" terrorçularına ağır zərbələr endirilib.
Modern.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Zərbələr nəticəsində 13 terrorçu zərərsizləşdirilib. Əməliyyat Hiran bölgəsində keçirilib. Ölənlər arasında "Əl-Şəbab" komandirləri də var.
ABŞ-ın Afrika Komandanlığı əməliyyatla bağlı hələlik rəsmi məlumat yaymayıb.
ABŞ hərbi kontingenti 2021-ci ilin yanvarında Somalidən tamamilə çıxarılıb, lakin Komandanlıq Somali ərazisindəki hədəfləri vurmaq üçün qonşu Afrika ölkələrində yerləşən pilotsuz uçuş aparatlarından istifadə edir.
Akif İsmayılov